Dünyaİqtisadiyyat

Türkiyə Rusiyaya albalı ixracını kəskin artırdı

Türkiyə bu ilin iyun ayında Rusiyaya albalı ixracını əhəmiyyətli dərəcədə artırıb. Mütəxəssislərin fikrincə, Rusiyada daxili istehsal tələbatı tam ödəmədiyi üçün ölkə bu məhsul üzrə idxaldan asılılığını qoruyur.

Bugun.tv xəbər verir ki, bu barədə VFokuse (Mail.ru) nəşri məlumat yayıb.

Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) İqtisadiyyat fakültəsinin dosenti Sofya Qlavina bildirib ki, Türkiyə albalı ixracını artırmaqla yanaşı, bu bazarda Azərbaycan və Özbəkistan istehsalçıları ilə də rəqabət aparır.

Ekspertin sözlərinə görə, Rusiyada albalı istehsalı əsasən Krasnodar diyarı, Krım, Rostov və Volqoqrad vilayətlərində cəmləşib. Lakin yerli məhsul yalnız iyun və iyul aylarında bazarın tələbatını qismən ödəyə bilir.

Qlavina qeyd edib ki, Rusiya hər il 10–12 min ton turş albalı ixrac etsə də, şirin albalının (gilasın) idxalı 75–110 min ton arasında dəyişir. Ölkədə albalı və gilas çeşidlərinin təxminən 70 faizi xaricdən gətirilir, daxili istehsal isə ümumi tələbatın yalnız 30 faizini qarşılayır.

Mütəxəssislər hesab edirlər ki, Türkiyənin ixrac həcmini artırması Rusiya bazarında rəqabəti daha da gücləndirəcək və əsas tədarükçülər arasında Azərbaycan, Türkiyə və Özbəkistanın mövqeyi ön planda qalacaq.

Mənbə: VFokuse

Aynur Camal

Oxşar xəbərlər

Tramp: Hörmüz boğazı çox yaxında dəniz daşımaları üçün yenidən açıla bilər

Aynur Camal

Portağal qabıqları ilə həyata keçirilən təcrübə 16 ildən sonra heyrətamiz nəticə verdi

Aynur Camal

Türkiyə qlobal maliyyə mərkəzinə çevrilmək üçün yeni vergi güzəştləri hazırlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu