Dövlət Bayrağı Günü, Rəcəb Tayyib Ərdoğan, Azərbaycan bayrağı, Türkiyə-Azərbaycan münasibətləri, Şuşa, İlham Əliyev, Bəxtiyar Vahabzadə, 9 Noyabr
Baş xəbərDünya

Türkiyə Prezidenti Ərdoğan Şuşada Bayraq Gününü təbrik etdi

Bugun.tv xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. O, Azərbaycan və Türkiyə bayraqlarının daim yanaşı dalğalanmasını arzulayıb.

Anadolu Agentliyinin məlumatına görə, Ərdoğan bu fikirləri noyabrın 8-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

Çıxışının sonunda Türkiyə Prezidenti tanınmış Azərbaycan şairi Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə qardaşlığını ifadə edən misralarını xatırladıb:

“Birdir bizim hər halımız, sevincimiz, məlalımız. Bayraqlarda hilalımız, Azərbaycan-Türkiyə”.

Daha sonra Ərdoğan hər iki ölkənin bayrağının daim göylərdə yanaşı dalğalanmasını arzulayaraq deyib:

“Rəbbim ay-ulduzlu al bayrağımızla şanlı Azərbaycan bayrağının göylərdə əbədi olaraq yanaşı dalğalanmasını nəsib etsin. 9 Noyabr Dövlət Bayrağı Gününü ən səmimi duyğularımla təbrik edirəm”.

Türkiyə Prezidenti çıxışının sonunda qardaş Azərbaycan xalqına salam və sevgilərini çatdırıb, İlham Əliyevə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edib.

Mənbə: AnadoluAgentliyi

Aynur Camal

Oxşar xəbərlər

Avropa İttifaqı Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

Aynur Camal

İstanbulun simvolları Azərbaycan bayrağının rənglərinə büründü

Aynur Camal

Vüqar Bayramov: Üçrəngli bayrağımız dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu