Digər

Türkmənistan Prezidenti: Trans-Xəzər marşrutu ŞƏT üçün də əhəmiyyətlidir

Bugun.tv “Turkmenportal” nəşrinə istinadla xəbər verir ki, bu fikirləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Çində “ŞƏT plyus” formatında keçirilən tədbirdəki çıxışında ifadə edib. Onun sözlərinə görə, ən mühüm cəhət ŞƏT dövlətlərinin regionda iqtisadi-ticari fəaliyyətlərdə iştirakı üçün yaxşı perspektivlər açan Xəzər dənizində daşımalar üçün əlverişli siyasi və hüquqi mühitdir. O əlavə edib: “Məlum olduğu kimi, bu yaxınlarda Türkmənistanda keçirilən BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə konfransında Xəzərin ən qısa və ən sərfəli marşrut kimi əhəmiyyətindən ətraflı bəhs edilib. Bir sıra ŞƏT dövlətləri bu Forumda ən yüksək səviyyədə iştirak etdilər və buna görə mən onlara bir daha səmimi təşəkkürümü bildirmək istəyirəm. Ümid edirik ki, bu mövzu hazırkı formatda öz davamını tapacaqdır.

Bugün TV

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu