Qantas, təyyarədə taxtabiti, Roma Pert reysi, uçuşun ləğvi, Boeing 787 Dreamliner, aviasiya xəbərləri, sərnişin təhlükəsizliyi, təyyarədə təmizlik
DünyaHadisə

Təyyarədə taxtabiti aşkarlandı, Qantas reysi ləğv edildi

Bugun.tv xəbər verir ki, Avstraliyanın Qantas aviaşirkəti təyyarədə taxtabitilərin aşkarlanmasından sonra Roma–Pert reysini ləğv edib.

Türkiyənin “Sözcü” nəşrinin oktyabrın 13-də yaydığı məlumata görə, Boeing 787 Dreamliner tipli təyyarənin iqtisadi sinif salonundakı bəzi oturacaqlarda problem aşkarlandıqdan sonra təyyarə genişmiqyaslı təmizlik və texniki xidmət üçün uçuşlardan kənarlaşdırılıb.

Sərnişinlər dişləmələrdən şikayət ediblər

“Sy­dney Morning Herald” qəzetinin məlumatına istinadən yayılan xəbərdə bildirilir ki, əvvəlki Pert–Roma uçuşu zamanı bəzi sərnişinlər taxtabitilərin onları dişlədiyini deyiblər. Təxminən 17 saat davam edən uçuşda qaşınmanı azaltmaq üçün sərnişinlərə antihistamin preparatlarının verildiyi, lakin dərman ehtiyatının tükəndiyi də iddia olunur.

Qantas şirkəti uçuşun ləğvinə görə sərnişinlərdən üzr istəyib. Məlumata görə, təsirlənən sərnişinlər üçün yerləşmə şəraiti yaradılıb və onların 48 saat ərzində alternativ reyslərə yönləndirilməsi nəzərdə tutulub.

Taxtabitilər geyimlərdə, mebellərdə və yataq dəstlərində gizlənə bilən kiçik parazitlərdir. Onların məhv edilməsi çətin və xərc tələb edən proses ola bilər.

Mənbə: sozcu.com

Aynur Camal

Oxşar xəbərlər

Sağlam qidalanmaq üçün bahalı məhsullar almağa ehtiyac yoxdur: mütəxəssisdən büdcəyə uyğun menyu

Aynur Camal

BMT: 1,82 milyondan çox suriyalı qaçqın ölkəsinə qayıdıb

Aynur Camal

“Yandex” xidmətlərindəki fasilələrdən istifadə edən dələduzlar aktivləşib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu