Bugun.tv xəbər verir ki, Ucar sakini tüfəngdən açılan atəşlə xəsrət alıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə səhər saatlarında Ucar rayonunun Alpout kəndindı baş verir. Sakin T.Tağıyevin tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
İlkin araşdırma hadisənin rayonunun Məlikballı kənd sakini X.Xəlilzadənin əlində olan tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verdiyini müəyyən edib.
Faktla bağlı Ucar RPŞ-də araşdırmalar aparılır.
növbəti yazı
- Şərhlər
- Facebook şərhləri