İdman

UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər

Məlumata görə, qurum komandanın maliyyə pozuntuları ilə bağlı işinin digər istiqaməti – maaş saxtakarlığı ilə bağlı məsələlərə görə Avropadakı yarışlardan kənarlaşdıra bilər. Belə pozuntuların baş verməsi faktı sübuta yetirilərsə, UEFA klubun yeni maliyyə göstəricilərini nəzərə alaraq vəziyyəti dəyərləndirəcək.

Qeyd edək ki, 2021-ci ildə “Yuventus” maliyyə feyr-pley qaydalarına əməl etmədiyinə görə 3,5 milyon avro cərimələnib. Yaxın 3 ildə “Yuventus”un digər maliyyə pozuntularına yol verdiyi sübut olunarsa, cərimənin məbləği 23 milyon avroya qədər artacaq. İtkilərin miqdarından asılı olaraq, “Qoca sinyora” bir mövsümdən çox avrokuboklardan uzaqlaşdırılmaqla da cəzalandırıla bilər.

Mümkün qadağa yalnız “Yuventus”un avrokuboklara vəsiqə qazanacağı təqdirdə tətbiq olunacaq. Əgər klub bu mövsüm A Seriyasını ilk 7-likdə bitirə bilməsə, cəza yalnız “Yuve” Avropa yarışlarına qayıdandan sonra qüvvəyə minəcək.

 

Bugün TV

Oxşar xəbərlər

FHN əməkdaşı DİN-in cüdo üzrə açıq çempionatının qalibi olub

Aynur Camal

Saatlılı taekvondoçu ölkə birinciliyində qızıl nəticə göstərdi

Aynur Camal

Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu