Uilyam de Kuninq, Rijksmuseum, Amsterdam sərgisi, müasir incəsənət, abstrakt ekspressionizm, Niderland, rəssam əsərləri, incəsənət sərgisi
Mədəniyyət

Uilyam de Kuninqin əsərləri Amsterdamda böyük sərgidə nümayiş olunacaq

Bugun.tv xəbər verir ki, məşhur amerikalı rəssam Uilyam de Kuninqin əsərləri uzun fasilədən sonra Niderlandda böyük sərgidə nümayiş etdiriləcək.

Amsterdamdakı Rijksmuseum muzeyində keçiriləcək sərgi rəssamın əsərlərinin Avropada son 40 ildən çox müddətdə təşkil olunan ən böyük nümayişi olacaq. Sərgidə 120-dən çox əsərin təqdim olunması nəzərdə tutulur.

Uilyam de Kuninq 1920-ci illərdə Niderlanddan Nyu-Yorka köçüb və sonradan XX əsrin müasir incəsənətinin ən tanınmış nümayəndələrindən birinə çevrilib. O, 1930–1940-cı illərdə Nyu-Yorkda formalaşan abstrakt ekspressionizm cərəyanının əsas nümayəndələrindən biri kimi tanınır.

Rijksmuseumda “Willem de Kooning at Work” adı ilə keçiriləcək sərgi oktyabrın 9-da başlayacaq və 2027-ci il yanvarın 17-dək davam edəcək.

Sərgi rəssamın yaradıcılığının müxtəlif dövrlərini əhatə edəcək. Əsərlərin böyük hissəsini rəsmlər və kağız üzərində çəkilmiş işlər təşkil edir.

Mənbə: Euronews

Aynur Camal

Oxşar xəbərlər

Bakıda “Disko Rəqqası” filmi nümayiş olunacaq

Aynur Camal

Bakı Uşaq və Gənclər Teatrı Xankəndində-müharibənin 6-cı ildönümü qeyd olunub – FOTO

Aynur Camal

Payız geyimlərində parlaq rənglər və iri biçimlər önə çıxır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu