Dünya

“Danışıqlar davamlı sülhə nail olmağa yönəlməlidir”

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, ölkə Rusiya ilə sülh təşəbbüsləri üzrə danışıqlarda iştirak etmək istəyir. Onun sözlərinə görə, Kiyev artıq onlara hazırlaşır.

“Ukrayna Rusiya ilə dialoq və danışıqlarda iştirak etmək istəyir və buna hazırlaşır”, – Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Kulebadan sitat gətirib.

Quançjouda Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlar zamanı Ukrayna xarici işlər naziri qeyd edib ki, danışıqlar mənalı və rasional olmalıdır. Üstəlik, davamlı sülhə nail olmağa yönəlməlidir.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski prezidentliyə namizəd Donald Trampın hakimiyyətə gəlməsi ehtimalı ilə bağlı Rusiya ilə danışıqlardan danışıb. Polşalı politoloq Vitold Sokalunun fikrincə, bu, Ukrayna liderinin qaçılmaz şeyləri qəbul etdiyini göstərir, RT yazır.

Mənbə: UraNews

Aynur Camal

Oxşar xəbərlər

Sağlam qidalanmaq üçün bahalı məhsullar almağa ehtiyac yoxdur: mütəxəssisdən büdcəyə uyğun menyu

Aynur Camal

BMT: 1,82 milyondan çox suriyalı qaçqın ölkəsinə qayıdıb

Aynur Camal

“Yandex” xidmətlərindəki fasilələrdən istifadə edən dələduzlar aktivləşib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu