23 C
Baku
9 İyun 2025, 23:29
Baş xəbərSiyasət

Ukrayna rəsmisi İsveçin “Gripen” qırıcılarının ölkəyə gətirilməsi ilə bağlı danışdı

Bugun.tv xəbər verir ki, İsveçin “Gripen” qırıcılarını Ukraynaya ötürməsi ehtimalı hazırda yalnız nəzəri xarakter daşıyır. Bunu Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib. “Rada” telekanalının efirində sualı cavablandıran sözçü, “praktik olaraq, bundan əvvəl, deyək ki, üç addım var”, – söyləyib.

O, izah edib ki, təyyarələr hələ sınaqdan keçirilir. Sonra təlim olacaq, sonra siyasi razılaşma lazımdır və yalnız bundan sonra təyyarələrin transferi baş tuta bilər. “Hələlik bu, yalnız nəzəri ehtimaldır. Deyək ki, nə etmək olar, ona baxırıq”, – Nikiforov bildirib.

O, əlavə edib ki, Kiyev digər Qərb qırıcılarını əldə etmək imkanlarını nəzərdən keçirərkən, Amerika F-16 qırıcılarının Ukrayna ordusuna təhvil verilməsini hədəfləyir.

Teymur Əziz

Oxşar xəbərlər

Antaliyaya hava yolu ilə gələn turistlərin sayı açıqlandı

Bugün TV

Bu gün Tarixi abidələrin mühafizəsi günüdür

Aynur Camal

ABŞ Prezidenti Tramp: İndi Rusiyadan asılıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu