22 C
Baku
16 Sentyabr 2025, 16:47
Baş xəbərSiyasət

Ukrayna ordusunda çörək qıtlığı yaşanır

Bugun.tv xəbər verir ki, Ukraynanın ən böyük çörək istehsalçısı olan “Formula Vkusa” şirkəti Müdafiə Nazirliyinin hesablarındakı vəsaitlərin bloklanması səbəbindən ölkənin Silahlı Qüvvələrinin ehtiyacları üçün məhsul istehsalının mümkünsüzlüyünü açıqlayıb.

“Ukrayna xəbərləri” agentliyinin məlumatına görə, bu barədə korporasiyanın rəsmi nümayəndəsi İrina Kovaleva bildirib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyinin Ukrayna çörək zavodlarına olan borcları 10 milyonlarla qrivnaya çatıb. “Keçən həftənin əvvəlindən biz vəziyyətin kritikliyini başa düşdük. Və məhsulların göndərilməsinə qərar verildi, çünki onların kimə ehtiyacı olduğunu başa düşürük. Amma gərək xammal alasan, insanlara etdiklərinə görə pul ödəməlisən. Biz bunu hər zaman pulsuz edə bilmərik”, – korporasiyanın sədri bildirib.

Mənbə: Lenta.ru

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Yerdən təxminən bir milyard işıq ili uzaqda! Yeni spiral qalaktika kütləvi məhvə səbəb ola bilər

Aynur Camal

Rusiya Ukrayna müharibəsində İran PUA-larından istifadəni artırıb

Aynur Camal

Özünə aid olmaq nə deməkdir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu