4 C
Baku
13 Yanvar 2025, 7:24
Baş xəbərSiyasət

Ukrayna ordusunda çörək qıtlığı yaşanır

Bugun.tv xəbər verir ki, Ukraynanın ən böyük çörək istehsalçısı olan “Formula Vkusa” şirkəti Müdafiə Nazirliyinin hesablarındakı vəsaitlərin bloklanması səbəbindən ölkənin Silahlı Qüvvələrinin ehtiyacları üçün məhsul istehsalının mümkünsüzlüyünü açıqlayıb.

“Ukrayna xəbərləri” agentliyinin məlumatına görə, bu barədə korporasiyanın rəsmi nümayəndəsi İrina Kovaleva bildirib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyinin Ukrayna çörək zavodlarına olan borcları 10 milyonlarla qrivnaya çatıb. “Keçən həftənin əvvəlindən biz vəziyyətin kritikliyini başa düşdük. Və məhsulların göndərilməsinə qərar verildi, çünki onların kimə ehtiyacı olduğunu başa düşürük. Amma gərək xammal alasan, insanlara etdiklərinə görə pul ödəməlisən. Biz bunu hər zaman pulsuz edə bilmərik”, – korporasiyanın sədri bildirib.

Mənbə: Lenta.ru

Teymur Əziz

Oxşar xəbərlər

“Simurq” muğam ansamblı Qran-pri mükafatını qazandı

Aynur Camal

Ələt-Astara yolunda qəza oldu, nəticədə 2 nəfər öldü

Nigar Məmmədova

DİN-in mətbuat xidmətindən verilən hesabat

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu