DünyaSiyasət

“Ukraynadakı münaqişə Kiyevə silah tədarükü və anti-Rusiya sanksiyaları ilə həll edilə bilməz”

“Bir ölkənin hərbi gücünü artırmaq və ya digərinə sanksiyalar tətbiq etmək sülhə nail olmağa kömək etməyəcək. Bu tərəfləri dialoqa aparan deyil və danışıqları asanlaşdıran şərait yaratmır. Ona görə də bu, bilərəkdən və ya istəmədən münaqişəni yalnız uzadır”.

Bugun.tv xəbər verir ki, bu barədə Braziliya prezidentliyinin baş müşaviri Selso Amorim “Folha de Sao Paulo” qəzetinə müsahibəsində bildirib.

Diplomat həmçinin, “Rusiyanı zəiflətmək” və ya “Rusiyanı məğlub etmək” planları haqqında bəyanatları tənqid edərək, bunların sülh gətirməyəcəyini bildirib.

“Rusiya nəhəng və mühüm ölkədir. Üstəlik, Braziliyanın tərəfdaşıdır”, – Amorim deyib.

O, ölkəsinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa hörmət etdiyini bir daha təsdiqlədi.

Amorim eyni zamanda, Kiyevin müttəfiqlərini Şərqi Avropada sülh prosesinə mane olmamağa çağırıb.

“Nə edirsən? İntiqam istəyirsən? Dərs vermək istəyirsən? Bu siyasət sonuncu dəfə Birinci Dünya Müharibəsindən sonra tətbiq edilib və bundan sonra nə baş verdiyini hamımız xatırlayırıq”, – deyə prezidentin müşaviri əlavə edib.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Noyabr səmasında ulduz yağışı: Leonid meteorları görünəcək

Aynur Camal

“Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin artması üçün imkanlar genişdir”

Aynur Camal

Vüqar Bayramov: Birgə Bəyannamə Azərbaycan üçün yeni iqtisadi və investisiya imkanları yarada bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu