17 C
Baku
19 Aprel 2026, 14:07
Digər

Ukraynanın azadlığı uğrunda şəhid olan soydaşımız dəfn olundu

Ukraynanın Baxmut şəhəri uğrunda döyüşlərdə şəhid olmuş soydaşımız  Məmmədov Elçin Telman oğlunun cənazəsi Vətənə gətirilərək dəfn olunub.

Xatırladaq ki, soydaşımız Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərə könüllü qatılmışdı.

Qeyd edək ki, Elçin özü uzun illər Odesaada yaşasa da, valideynləri, bacısı və qardaşı Oğuz rayonunda yaşayırlar. Şəhidimiz Oğuz şəhər qəbiristanlığında dəfn olunub.

Elçin ukrayna vətəndaşı ilə evli idi, bir oğlu və qızı var. Onlar hazırda Odesaa şəhərində yaşayırlar. Elçinin həyat yoldaşı illər öncə vəfat edib.

Bu barədə Bugun.tv -yə “Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatının sədr müavini Anar Natiqoğlu məlumat verib.

“Burada bir məqamı qeyd etmək vacibdir. Cənazənin göndərilməsi məsələsi ilə bağlı ilk gündən qardaşı Nicatla əlaqə saxladıq. Həm Dnepr şəhərində, həm Odessada diaspor təmsilçiləri məsələ ilə lazımi tədbirləri görməyə hazır olsalar da , Ukrayna dövləti bizə təşəkkür edərək bu işin təşkilini öz üzərinə götürdü”, – deyə Anar Natiqoğlu qeyd edib.

Bugün TV

Oxşar xəbərlər

Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr genişlənir

Aynur Camal

Hindistan Rusiyaya 3 minə qədər əsgər göndərə biləcək – yeni hərbi razılaşma

Aynur Camal

Avropada hökumətlər dövlət işçilərinin WhatsApp və Signal istifadəsini məhdudlaşdırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu