16.6 C
Baku
18 May 2025, 4:24
Baş xəbərSiyasət

“Ulu Öndər Heydər Əliyevin siyasi irsi: qüdrətli dövlətin əsasları” mövzusunda konfrans- FOTOLAR

Bakı Dövlət Universiteti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin siyasi irsi: qüdrətli dövlətin əsasları” mövzusunda konfrans keçirilib.

Bugun.tv -yə daxil olan məlumata əsasən, konfransda BDU-nun rektoru Elçin Babayev, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, deputat həmkarlarım, BDU-nun professor-müəllim heyəti və tələbələri ilə birlikdə iştirak edib.

Tədbir çərçivəsində Ulu Öndərin büstü və Heydər Əliyev muzeyi ziyarət olundu, onun əziz xatirəsi böyük ehtiramla yad edildi. Konfransın açılışında nümayiş etdirilən videosüjet isə Ulu Öndərin zəngin dövlətçilik irsini bir daha göstərdi.

BDU-nun rektoru Elçin Babayev çıxışında qeyd etdi ki, bu tədbir müstəqilliyimizin hüquqi əsasını təşkil edən ilk Konstitusiyanın qəbulunun 30, Böyük Qələbəmizin isə 5 illiyinə təsadüf etməsi ilə xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda həyata keçirilən islahatlar və müəyyənləşdirilən inkişaf strategiyası ölkəmizi regionun qüdrətli dövlətinə çevirmişdir.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da Ulu Öndərin dövlətçilik və azərbaycançılıq ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Bildirildi ki, 1992-ci ildə yaradılan YAP Azərbaycan tarixində dönüş nöqtəsinə çevrildi və bu gün də elm, təhsil və siyasət sahəsində böyük nüfuza malik şəxsləri birləşdirir.

Tədbirin sonunda BDU-nun əməkdaş və tələbələri Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olundu. Bu, Ulu Öndər Heydər Əliyev ideyalarının gənclər və ziyalılar arasında yaşadığını və inkişaf etdiyini bir daha sübut etdi.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib

Aynur Camal

İran prezidenti Rai beynəlxalq ictimaiyyəti İsrailin cinayətlərinə qarşı tədbir görməyə çağırıb

Bugün TV

Rusiya və Ermənistan Azərbaycanla sülhü müzakirə etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu