31 C
Baku
24 Sentyabr 2026, 17:10
Baş xəbərSosial

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirildi

Göyçay Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Bugun.tv-yə daxil olan məlumata görə, əvvəlcə şöbə əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş növləri üzrə yarışa start verilib. Göyçay Olimpiya İdman Kompleksində keçirilən yarışın açılış mərasimində Ümumilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.

Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Müqalib Abdıyev ölkəmizdə sabitliyin bərqərar olunmasında, cinayətkarlıqla mübarizədə və xalqımızın təhlükəsiz şəraitdə yaşamasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri barədə ətraflı məlumat verib. Daha sonra yarışa start verilib və qeyd olunan döyüş növləri üzrə müxtəlif çəki dərəcələrində 80 polis əməkdaşı birincilik uğrunda mübarizə aparıb. Sonda qaliblər medallar və diplomlarla mükafatlandırılıblar.

Sonda isə Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə rayon polis şöbəsinin əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər. Göyçay şəhəri ərazisində iqlim şəraitinə uyğun 200 zeytun ağacı əkilərək suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Aynur Camal

Oxşar xəbərlər

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda 11-ci Ayurveda Gününü qeyd etmək məqsədilə festival təşkil etdi

Aynur Camal

Əsədullazadə: İrana qarşı yeni hücumlar nüvə silahı əldə etmək cəhdini sürətləndirə bilər

Aynur Camal

Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu