25 C
Baku
27 İyul 2024, 4:43
Dünya

UNICEF: Rəfahda 600 min uşaq xəstə, yaralı və ya acdır

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Rəfaha qurudan edilən hücumun böyük bir fəlakətə səbəb olacağı xəbərdarlığı edərək, oradakı 600 min uşağın ya xəstə, ya yaralı, ya da ac olduğunu bildirdi.

BMT mətbuat katibinin müavini Fərhan Haq gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Haq BMT-nin bölgədəki səlahiyyətlilərindən aldığı məlumatlara istinad edərək, Rəfahdakı 12 xəstəxanadan 3-nün hazırda qismən fəaliyyət göstərdiyini və hücum olacağı təqdirdə onların tezliklə sıradan çıxacağını bildirib və əlavə edib: “Xəbərdarlıqlar edilir ki, Rəfaha hücum kütləvi qətllərə səbəb olacaq”.

Haq, UNICEF-in Rəfaha quru hücumunun böyük fəlakətlə nəticələnəcəyi barədə xəbərdarlıq etdiyini, UNICEF-in icraçı direktoru Ketrin Rasselin orada 600 min uşağın ya xəstə, ya yaralı, ya da ac olduğunu bildirib.

İordaniyadan humanitar yardım aparan BMT karvanının işğal altındakı İordan çayının qərb sahilində “mülki vətəndaşlar” tərəfindən hücuma məruz qaldığını və bəzi məhsulların zədələndiyini bildirən Haq, konvoyun daha sonra Qəzzaya çatdığını qeyd edib.

Haq bildirib ki, konvoy Qəzzaya çatdıqdan sonra silahlı qrup onu əvvəlcədən müəyyən edilmiş yer əvəzinə başqa obyektə yönəldib və bu məsələ yerli hakimiyyət orqanları ilə müzakirə edilib və anlaşılmazlıq aradan qaldırılıb.

Yerli hakimiyyət orqanlarının humanitar yardım karvanlarına hörmətini təsdiqlədiyini ifadə edən Haq, konvoyların yerləşdikləri yerə çatdığını və yardımların paylanmasının davam etdiyini bildirib.

Haq, başqa bir obyektə yönləndirmənin tam bir rabitə xətası olduğunu və dərhal düzəldildiyini, Qəzzadakı səlahiyyətlilərin isə bunun bir daha baş verməyəcəyini təsdiqlədiyini bildirib.

İordaniya Xarici İşlər Nazirliyi mayın 1-də İsrail yəhudilərinin Kərəm Əbu Səlim və Erez (Beyt Hanun) Sərhəd Qapısından Qəzza zolağına gedən iki humanitar yardım karvanına hücumunu pislədiyini açıqlayıb.

Sosial şəbəkələrdə yayımlanan videolarda yəhudi məskunlaşanların yardım maşınlarından un kisələrini yerə atdıqları, onları sındırdıqları, unu yerə səpdikləri, bəzilərinin isə yüksək səslə güldüyü görülüb.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

6,4 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Şimali Koreya ballistik raket buraxdı

Şükufə Ramizqızı

Messidən 800-cü qol

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu