31 C
Baku
12 İyul 2024, 21:29
Baş xəbər

“Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusunda dəyirmi masa keçirildi

Binəqədi Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin dəstəyi ilə “Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusunda dəyirmi masa formatında görüş keçirilib.

 Bugun.tv xəbər verir ki, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində təşkil olunan görüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən maarifləndirici tədbirlərin davamıdır.

Görüşdə uşaqların baxımsızlığına şərait yaradan hallar, onların aradan qaldırılması, insan alveri qurbanı olan uşaqlara yardımın təkmilləşdirilməsi kimi məsələlər ətrafında müzakirələr aparılıb. Dəyirmi masada mövzunun aktuallığı, bununla bağlı məktəblərdə və xüsusilə ailə zorakılığına məruz qalan, valideynləri tərəfindən təhsildən yayındırılan şagirdlərlə və onların ailələri ilə aparılan işlərdən danışılıb.

Qeyd edək ki, Binəqədi Gənclər Evində 14-29 yaş arası gənclər üçün klublar, təlimlər, tədbirlər və layihələr ödənişsiz fəaliyyət göstərir.

Bugün TV

Oxşar xəbərlər

Mal-qara oğurluqları edən şəxslər saxlanıldı

Kəmalə Sultan

Rusiya XİN: “Laçın dəhlizi məsələsi üçtərəfli razılaşma əsasında həllini tapmalıdır”

Aynur Camal

Avtomobil piyadaları vurdu: 5 nəfər öldü, 1 nəfər yaralandı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu