Baş xəbərSosial

ÜST Bakıdan dünya ölkələrinə müraciət edib

Bugun.tv xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyə strukturunun qurulması: sağlamlığın təşviqi, təmin edilməsi, mühafizəsi, təşviqi və sağlamlığının gücləndirilməsi” mövzusunda keçirilən növbəti panel iclasının iştirakçılarına, dünya ölkələrinə müraciət edib.

O bildirib ki, dünya pandemiyadan xilas olduqdan sonra ölkələr Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üzrə irəliləyiş əldə etməlidirlər.

“Təşkilatımız səhiyyə sistemində beş prioritet təklif edir: təşviq, təminat, mühafizə, səlahiyyətləndirmə, həyata keçirmə. Biz bütün ölkələri bu təklifləri həyata keçirməyə çağırırıq”, – ÜST rəhbəri vurğulayıb.

Baş direktor xatırladıb ki, bu il ÜST təşkilatın yaradılmasının 75 illiyini qeyd edir. “Dünyanın həmrəyliyə hər zamankindən daha çox ehtiyacı var”- deyə O, yekunlaşdırıb.

Aynur Camal

Oxşar xəbərlər

İsveçli həkimlər COVID-19-a qarşı malyariya dərmanından istifadəyə görə peşman oldular

İntizar Əmirova

Bayramdan sonra formaya qayıtmağın yolları

Aynur Camal

 Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəliblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu