15 C
Baku
3 Noyabr 2024, 3:33
Dünya

ÜST Livana təcili yardım çağırır

Ümumdünya Səhiyyə Təşkilatı Livanda səhiyyə xidmətlərinin yaxşılaşdırılması üçün 50 milyon dollarlıq təcili yardım istəyib.

İsrailin hücumlarını davam etdirdiyi Livanda itkilər çoxdur.

Livanda günahsız insanlar ölməkdə davam edərkən, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) açıqlama verilib.

ÜST-nin Livanda səhiyyə xidmətlərinin hazırkı vəziyyəti ilə bağlı paylaşdığı hesabatda Livanın üzləşdiyi səhiyyə böhranına artan yoxsulluq, COVID-19 pandemiyası və bölgədəki qarşıdurmaların təsir etdiyi bildirilib.

“BEYNƏLXALQ İCMA DƏSTƏK OLMALIDIR”

ÜST qeyd edib ki, səhiyyə xidmətlərinə çıxışın pozulması xüsusilə zəif və həssas qruplara mənfi təsir göstərir.

ÜST beynəlxalq ictimaiyyəti 2024-cü il ərzində təcili tibbi yardım xidmətlərinin, peyvənd proqramlarının və əsas səhiyyə xidmətlərinin davamlılığını dəstəkləməyə dəvət etdi.

“YARDIM HƏYATİ ƏHƏMİYYƏTDİR”

Təşkilat bu yardımların səhiyyə sisteminin gücləndirilməsi və sosial dayanıqlığın artırılması üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Bombalı hücum nəticəsində 8 polis öldü

Nigar Məmmədova

Sosial media platforması Linkedİn 700 nəfəri işdən çıxarır, Çin tətbiqini bağlayır

Aynur Camal

Yaponiyada zəlzələdən sonra nüvə stansiyasında suyun səviyyəsi qalxdı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu