9 C
Baku
26 Fevral 2026, 22:33
Səhiyyə

Uzunömürlülərin qanında “gənclik zülalları” aşkar edilib

İsveçrəli alimlər uzunömürlü insanların qan analizlərini araşdıraraq “gənclik zülalları” adlandırılan xüsusi biomarkerlər aşkar ediblər. Tədqiqat SWISS100 layihəsi çərçivəsində aparılıb və nəticələr Aging Cell jurnalında dərc olunub.

Araşdırmada 100–105 yaş arası 39 nəfər, 80 yaşlı 59 nəfər və 30–60 yaş arası 40 nəfərin qan göstəriciləri müqayisə edilib. Ümumilikdə 724 zülal analiz olunub. Məlum olub ki, uzunömürlülərin qan profili bir çox göstəriciyə görə 30–60 yaş qrupuna daha yaxındır. Xüsusilə oksidləşdirici stresslə bağlı beş əsas zülalın səviyyəsinin aşağı olması diqqət çəkib.

Alimlər həmçinin müəyyən ediblər ki, uzunömürlülərdə iltihabla əlaqəli interleykin-1 alfa zülalının səviyyəsi aşağıdır, DPP-4 zülalı isə yaxşı qorunur ki, bu da insulin balansını saxlayaraq metabolik sindrom riskini azaldır.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, uzunömürlülük sürətli metabolizmlə deyil, yaxşı tənzimlənmiş maddələr mübadiləsi ilə bağlıdır. Sağlam qidalanma, fiziki aktivlik və sosial həyatın bu prosesdə mühüm rol oynadığı vurğulanır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Bilirdinizmi? İnsan bədənində qan damarlarının uzunluğu Yer kürəsini iki dəfə əhatə edir

Aynur Camal

Kosmetoloq açıqladı: İnsanlar niyə üzün hiperkorreksiyasından imtina edir?

Aynur Camal

Sürücülərə sağlam bel üçün sadə məşqlər tövsiyə olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu