Baş xəbərKriminal

Vətən müharibəsi qazisinə xəsarət yetirildi

Bugun.tv-yə daxil olan xəbərə görə, R.Nəbizadə adlı şəxs Vətən müharibəsi qazisi N.Babayevi vuraraq xəsarət yetirib.

Bu barədə DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. Onun sözlərinə görə, görüntülər sosial şəbəkələrdə tibb məntəsində qeydə alınıb.

Polis orqanında araşdırma aparılır. N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb. Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələrilə cinayət işi açılıb.
Araşdırmalar davam etdirilir.

Qeyd edək ki R. Nəbizadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub.

Şərh yazın