DünyaSəhiyyə

Vəba epidemiyası 121 nəfərin həyatına son qoydu

Bugun.tv xəbər verir ki, hadisə Mozambikdə yaşanıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat paylaşıb. Müvafiq olaraq, 2022-ci ilin oktyabr ayından bəri davam edən epidemiyada ölənlərin sayı 121-ə yüksəlib.

Son 24 saatda 237 nəfərdə vəba aşkarlanıb. Ümumi yoluxma sayı 26 min 60-a yüksəlib.

Zambezia, Niassa, Tete, Manica və Sofala ən çox epidemiyaya məruz qalan bölgələr siyahıya düşüb.

Epidemiya ilə mübarizə aparan Mozambik ötən ay 1,7 milyon doza peyvənd alıb.

“Vibrio” bakteriyasının yaratdığı qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluq yaradır. Xəstəlik müalicə olunmazsa, ölümlə nəticələnə bilər.

Təmiz suya olan ehtiyacın ödənilə bilməməsi, təcili və effektiv tibbi müdaxilənin təmin edilməməsi xəstəlik və ölüm riskini artırır.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

ABŞ–İran gərginliyi davam edir: Hörmüz boğazı əsas mübahisə mövzusu oldu

Aynur Camal

Ukraynada kütləvi dron və raket hücumu: enerji infrastrukturu hədəfdə

Aynur Camal

ABŞ–Çin sammiti: “Rəqib yox, tərəfdaş”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu