25 C
Baku
27 İyul 2024, 4:51
Baş xəbərMüsahibəSəhiyyə

Vaksinasiya erkən yaşlarda aparılmasa, orqanizmə ciddi zərər dəyə bilər – Yeganə İsgəndərova

Yeganə İsgəndərova

Bu gün bir çox gənc valideyinlər övladlarını peyvənd etdirməkdən imtina edirlər. Səbəb olaraq isə ölkəyə gətirilən peyvəndlərin keyfiyyətinin aşağı olması və uşaqlarda allergik reaksiyaya səbəb olması kimi izah edilir.

Vaksinasiya haqqında valideyinlərdə yaranan suallara həkim pediatr Yeganə İsgəndərova Bugun.tv-yə müsahibəsi zamanı aydınlıq gətirib.

Yeganə İsgəndərova ∣ Həkim-Pediatr ∣
Yeganə İsgəndərova ∣ Həkim-Pediatr ∣

– Bu gün gənc valideyinlərin peyvənd haqqında fikirləri müxtəliflik təşkil edir. Peyvənd nədir sualına qısa olaraq necə cavab verə bilərsiniz?

Əslində bu sual hər bir gənc valideyini maraqlanırır. Qısa olaraq deyə bilərəm ki, peyvənd orqanizminin xəstəliklərə qarşı immun müqavimətini gücləndirən bioloji maddədir.

– Peyvəndin sir mexanizmi necədir?

– Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadi cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Vaksinasiyanın əsas məqsədi orqanizmdə erkən dövrdə güclü immunitet yaratmaq və yoluxucu xəstəliklərin artma təhlükəsini azlatmaqdır və həmçinin əhali arasında epidemiyanın yaranmasının qarşısını almaqdır.

– Niyə məhz immunizasiya körpə yaşlı uşaqlarda aparılır?

– Buna səbəb övladlarımızın, xüsusi olaraq körpələrimizin immun sisteminin doğumdan sonra zəyif olması və tədricən inkişaf etməsidir. Immunizasiya erkən yaşlarda aparılmazsa bu yaxın gələcəkdə insan orqanizminə ciddi zərər verə və hətta ölümə səbəb ola biləcək xəstəliklərə yoluxmasına səbəb ola bilər.

– Peyvənd zərərlidir, daha doğrusu hansısa fəsadı ola bilərmi?

Valideyinlərin əksəriyyəti immunizasiya ilə bağlı məlumatlandırılanda onlarda belə bir sual yaranır ki, vaksinasiya övladıma nə kimi zərər verə bilər, nə kimi fəsadlar törədə bilər? Qeyd etmək istəyirəm ki, vaksinlər tam təhlükəsizdir. Övladınız vaksindən daha çox, vaksinin qarşısını ala biləcəyi bir xəstəliyə yoluxarsa, onun zərəri orqanizmə daha çox olar. Bütün vaksinlər onların kütləvi istifadəsinə icazə verilmədən öncə texniki sınaqdan və təhlükəsizlik testlərindən keçirilir.

Bu gün ölkəmizdə bir sıra ölkələrin vaksin peyvəndlərindən istifadə olunur.  Ancaq ciddi keyfiyyət və təhlükəsizlik standartlarına cavab verə bilən vaksinlər qeydiyyata alınır və yayılır.

– Peyvənd hansı xəstəliklərin qarşısını alır?

Milli peyvənd təqviminə əsasən yeni doğulanlar artıq doğum evində ilk peyvəndlərini almış olurlar. Bunlar Hepatit B-yə və vərəm əleyhinə qarşı olan peyvənddir. Tədricən peyvənd təqviminə əsasən uşaqlar poliomielitə qarşı, göy öskürək, difteriya, tetanus, hepatit B, və B tipli hemofil infeksiyasına qarşı peyvəndlənirlər, pnevmokok infeksiyasına qarşı peyvənd alırlar. Qızılca, paratit, məxmərək və difteriyaya qarşı peyvəndlərini milli peyvəd təqviminə əsasən alırlar.

– Təqvim üzrə olan peyvəndləməni gecikdirsək nə baş verər?

– İmmunizasiya zamanı belə hallar ilə rastlaşırıq ki, valideyinlər müəyyən səbəblərə əsasən təqvim üzrə peyvəndləri gecikdirirlər. Təqvimə əsasən peyvəndin vaxtını gecikdirən valideyinlərə üzümü tutub demək istəyirəm ki, övladlarınızı xəstəliklərdən qorumağın ən yaxşı yolu vaksinasiyanı milli peyvənd təqviminə əsasən aparmaqdır. Təqvim üzrə həyata keçirilən vaksinləmədə istənilən gecikmə sizin övladınızın xəstəliklərə qarşı müqavimətini azaldır və acizliyini artırır.

– Peyvəndlə bağlı gənc valideyinlərə nə tövsiyyə edə bilərsiniz?

– Bir həkim kimi gənc ata və analara tövsiyə edirəm ki, övladlarını milli peyvənd təqviminə əsasən vaxtı-vaxtında immunizasiya etsinlər. Valideyinlər təqvimə əməl etməklə övladlarını bir çox xoşagəlməz və ciddi fəsadlar verə biləcək xəstəliklərdən qorumuş olacaqlar.

Teymur Əziz  ∣ Bugun.tv

Teymur Əziz

Oxşar xəbərlər

“Business Hunter” klubunun rəsmi açılış mərasimi baş tutdu

Kəmalə Sultan

“Bu gün tv” Uşaqların Beynəlxalq Müdafiəsi günündə onlarla birlikdə oldu – SORĞU – FOTO + VİDEO

Bugün TV

Prezident Fərman imzaladı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu