Baş xəbər

IV Azərbaycan Vokalçılar festivalı start verdi

 Bugun.tv-yə daxil olan məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bülbül Vokal Məktəbinin təqdimatında Azərbaycan Vokalçıları Festivalının açılışı baş tutub.

Artıq dördüncü dəfədir ki, baş tutan festival Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılması məqsədilə keçirilir. Festivalın ilk günü Azərbaycan Milli Konservatoriyasında tələbələrin iştirakı ilə “Bülbül irsi” adlı konsert proqramı və “Azərbaycan milli vokalı” adlı elmi seminar keçirilib. Seminarda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru, konservatoriyanın elmi işlər üzrə prorektoru Lalə Hüseynova, Aleksandriya Sultan von Brüseldorff və Əməkdar artist Ramil Qasımov çıxış ediblər.

Həmçinin Bülbül Fondunda Bülbül Vokal Məktəbinin tələbələrindən ibarət konsert proqramı baş tutub. Konsertdə dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Qeyd edək ki, festivalın təntənəli bağlanış mərasimi dekabr ayının 24-də baş tutacaq.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: “Heç kimə Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan əski parçalarını reklam etmək haqqı verilmir”

Aynur Camal

Vüqar Bayramov: Azərbaycana gələn turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır

Aynur Camal

Laçın rayonunun iqtisadiyyatı 25 dəfə böyüyüb – Vüqar Bayramov

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu