28 C
Baku
27 İyul 2024, 12:42
Dünya

“Vaqner qərargahı vurulub”

Xarici xəbərlər. 

Ukraynada qışın gəlişinə baxmayaraq, işğal olunmuş əraziləri geri almaq səyləri davam edir. Luqanskın Ukrayna qubernatoru bildirib ki, Ukrayna qüvvələri Ukraynanın şərqində Rusiyanın “Vaqner” muzdlu qruplaşmasının qərargahına zərbələr endirib.

Qeyd edilib ki, sözügedən vilayətin Kadiivka şəhərində qrupun yerləşdiyi otel vurulub. Əlavə olunub ki, Rusiyanın böyük itkiləri var.

BBC “Vaqner”-qrupunun  oteldə olmasını müstəqil şəkildə yoxlaya bilməyib.

Qərb ekspertlərinin fikrincə, Vaqner dövlət tərəfindən maliyyələşdirilən və Kremlin maraqlarından çıxış edən muzdlulardan ibarətdir.

Keçmiş restorançı və Rusiya prezidenti Vladimir Putinin yaxın adamı Yevgeni Priqojinin yaratdığı bu özəl hərbi şirkət dəfələrlə müharibə cinayətlərində və insan haqlarının pozulmasında ittiham olunub.

Vaqner bölmələri əvvəllər Krımda, Suriyada, Liviyada, Malidə və Mərkəzi Afrika Respublikasında yerləşdirilib.

Otelə vurulan zərbə Ukraynanın cənubunda  münaqişənin qızışdığı bir vaxtda baş verib – Rusiya Odessaya pilotsuz təyyarələr buraxıb, Ukrayna isə həmin vaxt Melitopolda döyüşüb.

Xəbərə görə, Ukrayna ordusu 10 pilotsuz uçan aparatın qarşısını alsada, qarşı tərəf daha beş enerji obyektini məhv edib və nəticədə təxminən 1,5 milyon insanın işıqsız qalıb.

Prezident Vladimir Zelenski gecə videomüraciətində “Odessa vilayətində vəziyyət çox çətindir” deyib.

“Təəssüf ki, zərbələr kritik idi, ona görə də elektrik enerjisini bərpa etmək sadəcə vaxt tələb etmir. Bu, saatlarla deyil, bir neçə gün çəkir.”

Ukrayna rəsmilərinin bildirdiyinə görə, əsas infrastruktur Rusiyanın İran istehsalı olan dronları tərəfindən vurulub.

Aynur Camal

Oxşar xəbərlər

Kurt Cobain: Nirvana solisti tərəfindən sındırılan gitara təxminən 600.000 dollara satılır

Aynur Camal

Qəzzaya dəstək nümayişi keçirildi

Aynur Camal

Dünyada həftəlik iş saatları 4 günə endirilir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu