27 C
Baku
27 İyul 2024, 3:30
Baş xəbərMaraqlı faktlar

Venesiyada qayıqlar niyə qaradır?

Bugun.tv xəbər verir ki, bununla bağlı bir neçə versiyada fikirlər var.

İlkin versiya  elmi yanaşmalıdır . Belə ki, qara rəng ən suyadavamlı rəng hesab edilir. Həmçinin, qayığa qara rəng verən zift (qətrana bənzər maddə) onun uzunömürlü olmasını təmin edir.

Sonrakı fikirlər isə daha çox miflərə əsaslanır.

Fərziyyələrə görə, 1300-cü illərin ortalarında İtaliyada olan vəba səbəbilə kilsəyə müalicəyə səbəbi ilə  aparılan insanların çoxu bu qayıqlarda ölür. Daha sonra verilən qərara  əsasən, bütün qayıqlar matəm rəngi kimi qaraya boyanır.

Başqa əfsanəyə görə isə qayıqçı bir gənc, varlı bir ailənin qızını sevər, lakin qızın ailəsi onların evlənməsinə razılıq verməz. Oğlan isə qayıqda intihar edər. Bu hadisədən sonra bütün qayıqçılar qayıqları qaraya boyayır.

Digər versiyaya görə isə əvvəllər qayıqlar rəngarəng idi və insanlar “Ən gözəl qayıq mənimdir” yarışında idilər. Bu yarış və davaların qarşısını almaq üçün şəhərin idarəçiləri bütün qayıqların qaraya boyanması qərarını verir.

 

Oxşar xəbərlər

Yupiterdə ildırım çaxmasının fotoşəkili çəkildi

Bugün TV

Polislərə isti su atıldı: 4 yaralı var

Bugün TV

Gəmiqayırma zavodunda yanğın oldu: 10 işçi tüstüdən zərər çəkdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu