30 C
Baku
19 İyul 2024, 12:16
Baş xəbərİdman

Vinq Çun Federasiyasının üzvü Negin Mustafayeva: “Bütün qızlar özünümüdafiəni bilməlidirlər”

Bugun.tv olaraq hər zaman Azərbaycanın istedadlı gənclərinin tanıdılmasında maraqlıyıq. “Onları siz də tanıyın” rubrikasının qonağı bu dəfə Çin Döyüş Növləri Assosiasiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Vinq Çun Federasiyasının 8 yaşlı üzvü Negin Mustafayevadır. Onu yaxından tanıyaq:

“Mən, Negin Mustafayeva 167 saylı məktəbin şagirdiyəm. Vinq Çun idman növü ilə 7 yaşından məşğul olmağa başlamışam. Məncə, bütün qızlar özünümüdafiəni bilməlidir. Elə mən də, buna görə bu döyüş sənətini seçmişəm. Artıq Azərbaycan çempionuyam. Yarışlara qatıldığım bir il ərzində 4 dəfə birincilik uğrunda mübarizə aparmışam və 4 dəfə də Respublika çempionu olmuşam. Məncə, hər kəs Vinq Çun idman növü ilə məşğul olmalıdır. Çünki burada təlimçilər insanlara özünümüdafiəni öyrədir, hər kəs yarışlara qatılır”.

Azərbaycan çempionunu tanıyaq
Azərbaycan çempionu Negin Mustafayeva

“Mənimlə bərabər bura digər qızlar da gəlirlər. Onlardan biri də rəfiqəmdir. Biz hətta onunla Azərbaycan çempionatında yarışa çıxdıq. Ümumiyyətlə, mən yarışmağı, döyüşməyi, munşakayla işləmyi və özünümüdafiə hərəkətlərini çox sevirəm. Oğlanlarla və qızlarla döyüşmək xoşuma gəlir. Bu idman növü artıq məndə özgüvən hissi yaradıb. Əgər küçədə kimsə mənimlə kobud rəftar edərsə, Vinq Çun hərəkərləri ilə özümü müdafiə edə biləcəyimə əminəm. Gələcəkdə də bu döyüş sənəti ilə məşğul olmaq fikrindəyəm. İstərdim ki, müəllimlərimiz Asif Sayadov və Arzuman Rəsulzadə kimi mənim də tələbələrim olsun və mən də onlara çox sevdiyim Vinq Çun idman növünü öyrədim”.

Negin Musatafayevanı tanıyaq
Negin Mustafayeva və Azərbaycan Vinq Çun Federasiyasının prezidenti Asif Sayadov

 

Bugun.tv olaraq biz də azyaşlı idmançımıza fəaliyyətində və gələcək karyerasında uğurlar arzulayırıq!

İntizar Əmirova

Oxşar xəbərlər

Toz fırtınası həyatı iflic etdi

Aynur Camal

Piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir

Kəmalə Sultan

Kloppun planları “Liverpul”dan ayrıldıqdan sonra məlum oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu