Bugun.tv olaraq Azərbaycanın idman sahəsi üzrə inkişaf etmiş gənclərini sizlərə tanıtmaqda davam edirik. “Onları siz də tanıyın” rubrikasının qonağı bu dəfə Çin Döyüş Növləri Assosiasiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Vinq Çun Federasiyasının üzvü, Bakı çempionu Tamilla Hüseynlidir.

“Mən, Tamella Hüseynliyəm. Fizika, riyaziyyat, informatika təmayüllü litseydə oxuyuram. 15 yaşım var. Vinq Çun döyüş sənəti ilə 1 ildi məşğul oluram. Uğurlarım var. Bakı çempionuyam. Məndə Vinq Çun idman növünə həvəsi qardaşım oyatdı. O mənim bu sənətə gəlməyimə səbəb oldu. Qeyd edim ki, qardaşım 6 ildi bu sənətlə məşğuldur. Mənə Vinq Çun döyüş sənətini mənimsədən, öyrədən müəllimimiz Arzuman Rəsulzadəyə təşəkkür edirəm! Dərslərimiz çox maraqlı keçir. Yeni dostlar qazanıram, yarışlara qatılıram, uğurlar qazanıram. Bütün bunlar məni sevindirir. Gələcəyə ruhlandırır. Müəllimimiz hətta bizim məktəb dərslərimizlə də maraqlanır. Həmyaşıdlarımı, əsas da qızları Vinq Çun idman növünü öyrənməyə dəvət edirəm”.

Bugun.tv olaraq biz də gənc idmançımıza fəaliyyətində uğurlar arzulayırıq!