Vinq Çun Federasiyasının üzvü
Baş xəbərİdman

Vinq Çun üzrə Bakı çempionu Tamilla Hüseynli: “İndiki zamanda qızların özünü müdafiə edə bilməsi mütləqdir”

Bugun.tv olaraq Azərbaycanın idman sahəsi üzrə inkişaf etmiş gənclərini sizlərə tanıtmaqda davam edirik. “Onları siz də tanıyın” rubrikasının qonağı bu dəfə Çin Döyüş Növləri Assosiasiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Vinq Çun Federasiyasının üzvü, Bakı çempionu Tamilla Hüseynlidir.

Federasiya üzvü
Vinq Çun üzrə Bakı çempionu Tamilla Hüseynli

“Mən, Tamella Hüseynliyəm. Fizika, riyaziyyat, informatika təmayüllü litseydə oxuyuram. 15 yaşım var. Vinq Çun döyüş sənəti ilə 1 ildi məşğul oluram. Uğurlarım var. Bakı çempionuyam. Məndə Vinq Çun idman növünə həvəsi qardaşım oyatdı. O mənim bu sənətə gəlməyimə səbəb oldu. Qeyd edim ki, qardaşım 6 ildi bu sənətlə məşğuldur. Mənə Vinq Çun döyüş sənətini mənimsədən, öyrədən müəllimimiz Arzuman Rəsulzadəyə təşəkkür edirəm! Dərslərimiz çox maraqlı keçir. Yeni dostlar qazanıram, yarışlara qatılıram, uğurlar qazanıram. Bütün bunlar məni sevindirir. Gələcəyə ruhlandırır. Müəllimimiz hətta bizim məktəb dərslərimizlə də maraqlanır. Həmyaşıdlarımı, əsas da qızları Vinq Çun idman növünü öyrənməyə dəvət edirəm”.

Vinq çun idman növü üzrə məşqçi vıə idmançı
Tamilla Hüseynli və “Real” Vinq Çun İdman Klubunun rəhbəri Arzuman Rəsulzadə

Bugun.tv olaraq biz də gənc idmançımıza fəaliyyətində uğurlar arzulayırıq!

 

Bugün TV

Oxşar xəbərlər

Bu gün! – müstəqil dövlətçiliyin hüquqi təməlindən 31 il ötür

Aynur Camal

İlham Əliyev COP31 Liderlər Sammitində iştirak etdi – Ərdoğan və Quterreş onu qarşıladı

Aynur Camal

Avropa İttifaqı Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu