11 C
Baku
20 Mart 2023, 23:08
Digər

Vitamin çatışmazlığını necə müəyyən edək?

Analiz olmadan da vitamin çatışmazlığını müəyyən etmək mümkündür.
Bunu Bugun.tv-yə açıqlamasında dietoloq Fuad Məcidov deyib. Onun sözlərinə görə, ayaq və qollardakı qıc olmalar maqnezium, dırnaqlardakı kiçik ağ ləkələr sink, dəridəki ağ ləkələr isə mis çatışmazlığının əlamətləridir. “Siyahı bununla bitmir. Ağız boşluğunun kənarındakı yaralar və əl-ayaq keyləşməsi B12, dəri qurudursa və qaşıdığın zaman pullaşma gedirsə, bu orqanizmdə A və C vitaminlərinin defisit olmasından xəbər verir.
Dietoloq qeyd edib ki, həddindən artıq yorğunluq, halsızlıq, daim yatmaq istəyi D və feritin səbəbindən irəli gəlir. Bundan başqa, cüzi bir zərbədən dəridə göyərmələr baş verirsə bu bədəndə mis, kalium, vitamin C, əgər saç tökülürsə dəmir, feritin, sink, selin azlığının göstəricisidir.
Bu halları özündə müşahidə edən şəxslərin qan analizi verərək, həkim müayinəsindən keçməsi tövsiyə olunur.

Oxşar xəbərlər

Kremlin sözçüsü: “Ukraynadakı vəziyyət danışıqlar masası arxasında nizamlana bilər”

Nigar Məmmədova

Akademik Musiqili Teatrda “Bir nəfəs qədər” tamaşası nümayiş olunacaq

Şükufə Ramizqızı

Ekoloji maarifləndirmə kampaniyaları təşkil olunacaq

Aynur Camal

Şərh yazın