11 C
Baku
4 Dekabr 2025, 1:28
Digər

Vitamin çatışmazlığını necə müəyyən edək?

Analiz olmadan da vitamin çatışmazlığını müəyyən etmək mümkündür.
Bunu Bugun.tv-yə açıqlamasında dietoloq Fuad Məcidov deyib. Onun sözlərinə görə, ayaq və qollardakı qıc olmalar maqnezium, dırnaqlardakı kiçik ağ ləkələr sink, dəridəki ağ ləkələr isə mis çatışmazlığının əlamətləridir. “Siyahı bununla bitmir. Ağız boşluğunun kənarındakı yaralar və əl-ayaq keyləşməsi B12, dəri qurudursa və qaşıdığın zaman pullaşma gedirsə, bu orqanizmdə A və C vitaminlərinin defisit olmasından xəbər verir.
Dietoloq qeyd edib ki, həddindən artıq yorğunluq, halsızlıq, daim yatmaq istəyi D və feritin səbəbindən irəli gəlir. Bundan başqa, cüzi bir zərbədən dəridə göyərmələr baş verirsə bu bədəndə mis, kalium, vitamin C, əgər saç tökülürsə dəmir, feritin, sink, selin azlığının göstəricisidir.
Bu halları özündə müşahidə edən şəxslərin qan analizi verərək, həkim müayinəsindən keçməsi tövsiyə olunur.

Bugün TV

Oxşar xəbərlər

Süni intellektlə təchiz edilmiş stetoskop ürək xəstəliklərini saniyələr içində aşkar edə biləcək

Bugün TV

Venesuela və Qayana qarşılıqlı güc tətbiqi fikrindən daşınıblar

Teymur Əziz

“Həmin Zaur” proqramında növbəti dəfə biabırçılıq yaşanıb

Könül Kərimova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu