23 C
Baku
21 İyul 2024, 16:53
Dünya

Vitse-prezidentin atasının avtomobilinə atəş açıldı

Kolumbiyanın vitse-prezidenti Fransia Markesin atası avtomobilini idarə edərkən ona silahla hücum edilib.

Kolumbiya mətbuatında yer alan xəbərə görə, ölkənin cənub-qərbindəki Valle del Kauka inzibati bölgəsinin Timba qəsəbəsində Markesin atası İqifredo Markes Trujilloya silahlı hücum təşkil edilib.

Bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib. Trujillo 6 güllənin maşınına dəydiyi hücumdan sağ-salamat xilas olub.

Vitse-prezident Markes, “Atalar Günündə baş verən bu hücum ürəyimi ağrıdır. Xoşbəxtlikdən atam, qardaşım oğlu və onun 2 mühafizəçisi hücumdan zərər görmədilər. Onların yaxşı olduğunu öyrəndim” deyib.

Kolumbiya prezidenti Qustavo Petro da X sosial media hesabındakı paylaşımında hücumu pisləyib. Vitse-prezident Markeslə “tam həmrəylik” içində olduğunu bildirən Petro, hücumun araşdırılmasını tələb edib.

Hücumun baş verdiyi bölgədə Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin keçmiş üzvlərindən ibarət Estado Mayor Mərkəzinin (EMC) üzvlərinin nüfuz sahibi olduğu məlum olub.

Bir müddətdir ki, ordu prezident Petronun göstərişi ilə SMM üzvlərinə qarşı genişmiqyaslı əməliyyatlar aparır.

Mənbə: Haber Global

Teymur Əziz

Oxşar xəbərlər

Adnan Oktar cinayətində daha 8 şübhəli tutuldu

Nigar Məmmədova

Muzey rəhbərliyi turistlərə xəbərdarlıq etdi

Nigar Məmmədova

Çilidə davam edən meşə yanğınlarında həyatını itirənlərin sayı 51-ə yüksəldi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu