Zakon.kz xəbər verir ki, iyulun 3-də səhər saatlarında Rusiya prezidenti Vladimir Putin Astanaya gəlib.
Qazaxıstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Vladimir Putini hava limanında ölkənin baş naziri Oljas Bektenov qarşılayıb. Rusiya Federasiyasının prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək.
Mənbə: ZaKon