Dünya

Vladimir Putin Səudiyyə Ərəbistan vəliəhdi Məhəmməd Salmanla danışdı

Bugun.tv xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhdi və baş nazir Məhəmməd bin Salman ilə telefon danışığı aparıb.

Məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb. “Tərəflər qlobal neft bazarının sabitliyini təmin etmək məqsədi daşıyan OPEC Plus-da koordinasiya səviyyəsindən məmnunluqlarını ifadə ediblər. Səudiyyə Ərəbistanı ilə BRİKS arasında əməkdaşlığın perspektivləri də qiymətləndirilib. İki lider Rusiya və Səudiyyə Ərəbistanının regional böhranları həll etmək səyləri kontekstində Yaxın Şərqdə baş verən hadisələrin müxtəlif aspektləri barədə fikir mübadiləsi aparıblar”, – açıqlamada bildirilib.

Mənbə: Hürriyet

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalar paketinin müzakirəsinə yaşıl işıq yandırdı

Aynur Camal

İsrail ordusu İordan çayının qərb sahilində Quran yayımlayan radionu bağladı

Aynur Camal

Fransada və İspaniyada meşə yanğınları: Bordo yaxınlığında 4 minə yaxın insan təxliyə edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu