27 C
Baku
27 İyul 2024, 7:53
DünyaTexnologiya

Volvo rəsmi olaraq dizel mühərriklərlə vidalaşdı

Bugun.tv xəbər verir ki, Volvo-nun XC90 modeli, şirkətin dizel mühərrikli sonuncu avtomobili kimi qeydə alınıb. Volvo-dan verilən açıqlamalara görə, Çin şirkəti Geely-yə məxsus olan  dizel mühərrikli son avtomobilini də xəttdən çıxarıb.

Qeyd edək ki, 2019-cu ildə şirkət tərəfindən Avropada satılan avtomobillərin əksəriyyəti dizel yanacağı ilə işləyirdi. 2008-ci ildə XC90 satışlarının 95 faizini dizel modelləri təşkil edib.

Volvo 2030-cu ilə qədər yalnız elektriklə işləyən bir şirkət olmağı hədəfləyir.

Qeyd edək ki, son illərdə çox populyarlaşan elektrikli avtomobillər tədricən daxili yanma mühərriklərini əvəz etməkdədir. İstehsalçılar yanacaqla işləyən maşınların satışını 2035-ci ilə qədər tamamilə, dayandırmağı düşünürlər.

Teymur Əziz

Oxşar xəbərlər

Hörümçək adam 30 mərtəbəli binaya dırmaşarkən yaxalandı

İntizar Əmirova

Qarajda partlayış: Ölən və yaralananlar var

Kəmalə Sultan

155 milyon il əvvəl parçalanan bu qitə tapıldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu