Digər

Vüqar Bayramov: Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ başlayır

İqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında bildirib ki, 22 aprel 2026 tarixində İlham Əliyev ilə Edqars Rinkeviçs arasında keçirilən geniş tərkibli görüş iki ölkə münasibətlərində mühüm mərhələdir.

Deputatın sözlərinə görə, Azərbaycan və Latviya arasında əlaqələr son illərdə bütün sahələr üzrə inkişaf edib və yüksək səviyyəli qarşılıqlı səfərlər siyasi dialoqu daha da gücləndirib.

Vüqar Bayramov qeyd edib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 2,5 faiz artaraq 27,8 milyon dollara çatıb. Qarşılıqlı ticarətdə Latviyanın təxminən 10 milyon dollarlıq müsbət saldosu formalaşıb.

Deputat vurğulayıb ki, mövcud göstəricilərə baxmayaraq, iqtisadi əməkdaşlıq potensialı daha genişdir və qarşılıqlı ticarətin artırılması əsas prioritetlərdən biri olaraq qalır.

Onun fikrincə, yaxın illərdə dövlətlərarası münasibətlərin dərinləşməsi ticarət dövriyyəsində daha ciddi artımlara səbəb olacaq. Xüsusilə qeyri-neft-qaz ixrac bazarlarının şaxələndirilməsi baxımından Latviya ilə əməkdaşlıq böyük əhəmiyyət daşıyır.

Vüqar Bayramov əlavə edib ki, Latviya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafına və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına töhfə verəcək.

Aynur Camal

Oxşar xəbərlər

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Everestdə yeni sürət rekordu: ABŞ-li alpinist zirvəyə 9 saat 55 dəqiqəyə çatdı

Aynur Camal

İran: xarici güclər ölkəyə qarşı “yumşaq müharibə” metodlarından istifadə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu