Vüqar Bayramov, Azərbaycan Özbəkistan, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti, 360 milyon dollar, investisiya layihələri, İlham Əliyev, Özbəkistan iqtisadiyyatı, iqtisadi əməkdaşlıq
Baş xəbərSiyasət

Vüqar Bayramov: Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 360 milyon dollarlıq layihələri maliyyələşdirir

Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri fonunda Azərbaycan-Özbəkistan iqtisadi və investisiya əməkdaşlığının inkişafını öz sosial media hesabında şərh edib.

Deputat bildirib ki, strateji və qardaşlıq münasibətlərinə malik Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq bütün sahələr üzrə dərinləşir. Onun sözlərinə görə, bu inkişaf yalnız ticarət dövriyyəsinin artımında deyil, qarşılıqlı investisiyalarda da özünü göstərir.

Vüqar Bayramov qeyd edib ki, üç il əvvəl 500 milyon dollar ümumi kapitalla yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iki ölkə arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Şirkət üzrə ayrı-ayrı layihələrə yönəldilən investisiyaların həcmi 25 milyon dollara qədər dəyişir.

Deputatın sözlərinə görə, şirkət əsasən təhsil, metal emalı, farmasevtika, bio sənaye, fintex və İT sahələrində layihələrin maliyyələşdirilməsini həyata keçirir. Hazırda müxtəlif strateji sektorlarda ümumi dəyəri təxminən 360 milyon dollar olan 15-dən çox birgə layihə maliyyələşdirilir və təhlil olunur.

Bayramov bildirib ki, layihələrdən biri Özbəkistanda faydalı qazıntıların və qızıl yataqlarının birgə kəşfiyyatı və işlənməsi məqsədilə “AzərGold” QSC və “Uzbekgeologorazvedka” ASC ilə müştərək müəssisənin yaradılmasını nəzərdə tutur.

Təhsil sahəsində isə Daşkənddə yerləşən Amerika Texnologiya Universitetinin maddi-texniki bazasının və infrastrukturunun inkişafına 2 milyon dollar sərmayə ayrılıb. Universitet Cintana Education və Arizona Dövlət Universiteti ilə tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərir.

Deputat sənaye və istehsalat sahəsində də müxtəlif layihələrin maliyyələşdirildiyini, həmçinin rəqəmsal maliyyə və innovasiyaların inkişafına yönəlmiş fintex layihələrinin dəstəkləndiyini vurğulayıb.

Bayramovun sözlərinə görə, bütün bunlar Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin daha da genişləndiyini və qarşılıqlı sərmayələrin iki ölkənin dayanıqlı inkişafına xidmət etdiyini göstərir.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Laçında 979 ailə məskunlaşıb

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan-Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə 3,2 dəfə artıb

Aynur Camal

Müharibə şəraiti Ukraynada seçkilərin keçirilməsinə mane olur – ekspertlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu