Baş xəbər

Vüqar Bayramov: “Konstitusiya iqtisadi sistemin formalaşmasında dönüş nöqtəsi olub”

“Bu gün Azərbaycan Respublikasının Konstitusiyası Günüdür. 12 noyabr 1995-ci ildə qəbul edilən, müəllifi Ümummilli Lider Heydər Əliyev olan müstəqil Azərbaycan Konstitusiyası ölkədə həm siyasi, həm də iqtisadi sistemin formalaşmasında dönüş nöqtəsi olub”.

Bu barədə iqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında bildirib.

Deputat qeyd edib ki, Konstitusiyanın qəbulundan sonra ölkədə iqtisadi islahatlar dərinləşib, özəl sektorun davamlı inkişafı təmin edilib. Son 31 ildə Azərbaycanın dövlət büdcəsi 50 dəfə artıb. 1995-ci ildə adambaşına düşən ÜDM 300 dollar idisə, 2025-ci ildə bu göstərici 7,7 min dollara yüksəlib.

Vüqar Bayramov vurğulayıb ki, Beynəlxalq Valyuta Fondunun məlumatına görə, son 30 ildə adambaşına ÜDM-in artım tempinə görə postsosialist məkanında ən böyük sıçrayışı Azərbaycan nümayiş etdirib.

Onun sözlərinə görə, Konstitusiya mülkiyyət hüquqlarının qorunması və liberal iqtisadiyyatın inkişafı baxımından da həlledici addım olub. Son 31 ildə Azərbaycan iqtisadiyyatına 360 milyard dollardan artıq sərmayə cəlb edilib.

Deputat əlavə edib ki, bu gün artıq ölkənin bütün suveren ərazilərində vətəndaşların konstitusional hüquqları tam şəkildə qorunur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün ərazilərdə konstitusional ədalət və hüquqi dövlət prinsipləri təmin olunub.

Aynur Camal

Oxşar xəbərlər

Ekspert: “İran ABŞ-a öz şərtlərini diktə edir”

Aynur Camal

Bu gün! – müstəqil dövlətçiliyin hüquqi təməlindən 31 il ötür

Aynur Camal

İlham Əliyev COP31 Liderlər Sammitində iştirak etdi – Ərdoğan və Quterreş onu qarşıladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu