26 C
Baku
24 Sentyabr 2026, 12:20
Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: Malayziya iş adamları Azərbaycanla qeyri-neft sektorunda əməkdaşlıqda maraqlıdır

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Malayziyaya səfəri çərçivəsində Malayziya Milli Ticarət və Sənaye Palatasının (NCCIM) prezidenti və 20-dən çox iş adamı ilə görüş keçirib.

Deputat sosial media hesabındakı paylaşımında bildirib ki, görüş zamanı Azərbaycan və Malayziya arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti, potensial əməkdaşlıq imkanları və qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Onun sözlərinə görə, Malayziya iş adamları Azərbaycanla qeyri-neft-qaz sektorunda əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər. Qeyd olunub ki, hər il 25 milyard dollardan çox qida məhsulu idxal edən Malayziya tədarük mənbələrini şaxələndirməyə çalışır.

Görüşdə kənd təsərrüfatı, qida emalı sənayesi, turizm və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə ciddi maraq nümayiş etdirildiyi vurğulanıb.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Dağ-mədən sənayesində 5 mindən çox yeni iş yeri yaradılacaq

Aynur Camal

Əsədullazadə: İrana qarşı yeni hücumlar nüvə silahı əldə etmək cəhdini sürətləndirə bilər

Aynur Camal

Ceki Çanla eyni filmdə çəkilən azərbaycanlı dünya çempionu kimdir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu