İqtisadiyyat

Vüqar Bayramov minimum əmək haqqının artırılması ilə bağlı tarix açıqladı

Bugun.tv xəbər verir ki, iqtisadçı millət vəkili Vüqar Bayramov minimum əmək haqqının artırılması ilə bağlı sosial media hesabında paylaşım edib.

Deputat bildirib ki, “Əmək Məcəlləsinə” edilən dəyişikliklərə əsasən minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılmalıdır və bu, maaş artımlarında dövriliyin təmin olunması deməkdir.

Vüqar Bayramov qeyd edib ki, minimum əmək haqqının artırılması yalnız aşağı maaş alanlara deyil, vahid tarif cədvəli üzrə çalışan digər işçilərə də şamil olunur. Onun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları minimum əməkhaqqı artırıldıqdan sonra yeni məbləğə uyğunlaşdırılır.

Deputat vurğulayıb ki, hazırda vahid tarif cədvəli üzrə ən aşağı maaş 400, ən yüksək maaş isə 1150 manatdır. Minimum əməkhaqqının artırılması nəticəsində təxminən 700 min vətəndaşın maaşında artım baş verə bilər.

Vüqar Bayramov əlavə edib ki, qanunvericiliyə edilən dəyişikliklər İlham Əliyev tərəfindən 23 fevral 2026-cı ildə təsdiqlənib. Buna görə də həmin tarixdən sonrakı bir il ərzində minimum əmək haqqına ən azı bir dəfə baxılaraq artırılması gözlənilir.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycanda külək enerjisi istehsalında rekord artım qeydə alınıb

Aynur Camal

Vüqar Bayramov: İtaliya ilə iqtisadi əməkdaşlıq qeyri-neft sektorunda yeni imkanlar açır

Aynur Camal

Deputat Vüqar Bayramov: Bu il işləyən pensiyaçıların pensiyalarında ikiqat artım mümkündür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu