Image default
Baş xəbər

Vüqar Bayramov: Peşəkar və qərəzsiz jurnalistika media inkişafının əsas hərəkətverici qüvvəsidir

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov 22 İyul – Milli Mətbuat Günü münasibətilə sosial media hesabında paylaşım edib. O, Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü münasibətilə bütün jurnalistləri təbrik edərək peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev milli mətbuatın inkişaf mərhələlərini Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin ayrılmaz hissəsi kimi qiymətləndirib. O, Prezident İlham Əliyevin mətbuatın qərəzsiz, çevik və operativ fəaliyyət göstərməsinin, cəmiyyətin dolğun məlumatlandırılmasının vacibliyi ilə bağlı fikirlərini də xatırladıb.

Vüqar Bayramov bildirib ki, qlobal media bazarında rəqəmsal platformaların rolu ildən-ilə artır. Onun sözlərinə görə, rəqəmsal media və internet xidmətləri hazırda 1,05 trilyon dollardan çox bazar dəyərinə malikdir və dünya üzrə reklam investisiyalarının 72,7 faizini cəlb edir. Proqnozlara əsasən, 2030-cu ilə qədər rəqəmsal media ümumi media sənayesi gəlirlərinin 52 faizdən çoxunu təşkil edəcək.

Deputatın paylaşımında Azərbaycanda reklam bazarının həcminin təxminən 281 milyon dollar olduğu, ölkədə 12,3 milyon mobil bağlantının və 7,61 milyon sosial media istifadəçisinin mövcud olduğu da vurğulanıb. Bildirilib ki, 2025-ci ildə sosial media istifadəçilərinin sayı əvvəlki illə müqayisədə 1,2 milyon nəfər və ya 19,2 faiz artıb.

Vüqar Bayramov sonda qeyd edib ki, rəqəmsal medianın inkişafı yeni imkanlar və çağırışlar yaratsa da, bütün dövrlərdə peşəkar və qərəzsiz jurnalistika mətbuatın inkişafında əsas hərəkətverici qüvvə olaraq qalır.

Aynur Camal

Oxşar xəbərlər

Ceyhun Məmmədov: Peşəkar və məsuliyyətli jurnalistika dövlətimizin inkişafının mühüm dayaqlarındandır

Aynur Camal

Vüqar Bayramov: Prezident İlham Əliyevin Almaniyaya səfəri iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır

Aynur Camal

Deputat Vüqar Bayramov: Qeyri-neft-qaz idxalının azalması valyuta axını baxımından müsbət tendensiyadır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu