Image default
Baş xəbər

Ceyhun Məmmədov: Peşəkar və məsuliyyətli jurnalistika dövlətimizin inkişafının mühüm dayaqlarındandır

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov 22 İyul – Milli Mətbuat Günü münasibətilə sosial media hesabında paylaşım edib. Deputat Azərbaycan milli mətbuatının 151 illik şərəfli inkişaf yolundan bəhs edərək jurnalistikanın cəmiyyətin inkişafında və informasiya təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.

Ceyhun Məmmədov bildirib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuat ötən dövr ərzində xalqın maariflənməsinə, milli düşüncənin formalaşmasına, dövlətçilik ənənələrinin möhkəmlənməsinə və ictimai həmrəyliyin güclənməsinə böyük töhfə verib.

Deputatın sözlərinə görə, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının inkişafı və dezinformasiyanın artdığı müasir dövrdə peşəkar, obyektiv və məsuliyyətli jurnalistikanın əhəmiyyəti daha da yüksəlib. O qeyd edib ki, cəmiyyətin düzgün məlumatlandırılması, milli maraqların qorunması və etibarlı informasiya mühitinin formalaşdırılması media nümayəndələrinin əsas vəzifələrindəndir.

Paylaşımda Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinin ölkənin qlobal dialoq məkanı kimi mövqeyini gücləndirdiyi də vurğulanıb. Deputat Şuşada keçirilən Qlobal Media Forumunun beynəlxalq media əməkdaşlığının inkişafına və təcrübə mübadiləsinə mühüm töhfə verdiyini, Bakıda təşkil olunan Dünya Şəhərsalma Forumunun (World Urban Forum) isə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindən biri olduğunu qeyd edib.

Ceyhun Məmmədov sonda bildirib ki, Azərbaycan mediası ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, Qarabağda aparılan bərpa-quruculuq işlərinin və həyata keçirilən islahatların dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. O, Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edərək onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və peşə fəaliyyətlərində obyektivlik arzulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Peşəkar və qərəzsiz jurnalistika media inkişafının əsas hərəkətverici qüvvəsidir

Aynur Camal

Vüqar Bayramov: Prezident İlham Əliyevin Almaniyaya səfəri iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır

Aynur Camal

Deputat Vüqar Bayramov: Qeyri-neft-qaz idxalının azalması valyuta axını baxımından müsbət tendensiyadır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu