28 C
Baku
13 Sentyabr 2026, 17:44
Digər

Vüqar Bayramov: Son səfərlər Azərbaycanın geosiyasi mövqeyinin gücləndiyini göstərir

İqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edərək son diplomatik səfərlər və iqtisadi göstəricilərlə bağlı fikirlərini açıqlayıb.

Onun sözlərinə görə, son bir həftə ərzində Azərbaycana LatviaUkrayana prezidentlərinin səfərləri ölkənin geosiyasi gücünü nümayiş etdirən mühüm faktorlardandır. Səfərlər zamanı 11 sənədin imzalanması ikitərəfli əməkdaşlığa artan marağın göstəricisi kimi dəyərləndirilib.

AZƏRBAYCAN–UKRAYNA TİCARƏTİ ARTIR

Bayramov qeyd edib ki, son 2 ildə Azərbaycan–Ukrayna ticarət dövriyyəsi 31% artaraq 510 milyon dollara çatıb. Ötən il isə 11% artım qeydə alınıb. Hazırda Azərbaycanın Ukraynaya ixracı 227 milyon dollar təşkil edir və ölkənin qeyri-neft ixracının 5.5%-i bu bazarın payına düşür.

AZƏRBAYCANIN GEOSİYASİ ROLU GÜCLƏNİR

Deputat bildirib ki, yeni dünya nizamının formalaşdığı dövrdə regional çətinliklərə baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirib və ölkəni “orta güc” statusuna yaxınlaşdırıb.

Onun fikrincə, çoxvektorlu xarici siyasət Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə tərəfdaşlığını genişləndirərək regional təhlükəsizliyə töhfəsini artırır.

ENERJİ TƏHLÜKƏSİZLİYİNDƏ STRATEJİ ROL

Bayramov əlavə edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. TAP Pipeline vasitəsilə indiyədək Avropaya 58 milyard kubmetrdən çox qaz nəql edilib.

Hazırda Avropa İttifaqının 10 üzvü daxil olmaqla 16 ölkə Azərbaycandan təbii qaz alır. Onun sözlərinə görə, Azərbaycan qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə liderlərdən biridir və Avropa İttifaqında idxal həcminə görə ilk beşlikdə yer alır.

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu