Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini yeni mərhələyə yüksəldib

“Bir həftə sonra “Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasının 5 ili tamam olacaq”- Bugun.tv xəbər verir ki, bu barədə Vüqar Bayramov sosial media hesabında paylaşdığı şərhdə bildirib.

Deputat vurğulayır ki, 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyub.

Deputatın sözlərinə görə, Şuşa Bəyannaməsi son beş ildə Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığın bütün istiqamətlər üzrə daha da dərinləşməsinə imkan yaradıb. O qeyd edib ki, Bəyannamənin imzalanmasından əvvəl – 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 160 milyon dollar təşkil etdiyi halda, ötən il bu göstərici 5 milyard 720 milyon dollara yüksəlib. Bu isə qarşılıqlı ticarətin 28 faiz artması deməkdir.

“Qarşıya qoyulan əsas hədəflərdən biri Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılmasıdır” deyən V. Bayramovun sözlərinə görə, hazırda Azərbaycanın xarici ticarət dövriyyəsinin 11,6 faizi Türkiyənin payına düşür və qardaş ölkə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır.

Deputat həmçinin qeyd edib ki, Türkiyə Azərbaycanın ixracında da ikinci ən böyük tərəfdaş mövqeyini qoruyur. Belə ki, ölkənin ümumi ixracının 13,5 faizi, qeyri-neft-qaz ixracının isə 16,5 faizi Türkiyənin payına düşür.

Paylaşımda iqtisadi əməkdaşlığın sərmayə qoyuluşlarında da öz əksini tapdığı vurğulanıb. Bildirilib ki, bu günədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar həcmində investisiya yatırıb.

Vüqar Bayramovun fikrincə, Şuşa Bəyannaməsinin əhəmiyyəti yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Deputat bildirib ki, sənəd Azərbaycan və Türkiyə arasında siyasi, hərbi, iqtisadi və digər sahələrdə sarsılmaz müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə xidmət edir və iki qardaş dövlət arasında strateji tərəfdaşlığı daha da gücləndirir.

Aynur Camal

Oxşar xəbərlər

FIFA Dünya Kuboku 2026-nın açılış günündə pulsuz oyun təqdim edəcək

Aynur Camal

Məhəmməd Əsədullazadə: Rusiyanın Ermənistan siyasəti keçmişdə ilişib qalıb

Aynur Camal

Alimlər: çatlar artıq yeni növ iş formasıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu