Tibet zəlzələsi, Çində zəlzələ, 7 bal gücündə zəlzələ, Tibet Muxtar Bölgəsi, zəlzələdə ölənlər, təbii fəlakət, axtarış-xilasetmə işləri, Anadolu Agentliyi
DünyaHadisə

7 bal gücündə zəlzələ: Ölənlərin sayı 16-ya çatdı

Bugun.tv xəbər verir ki, Çinin Tibet Muxtar Bölgəsində baş verən 7 bal gücündə zəlzələ nəticəsində ilkin məlumata görə, 16 nəfər həyatını itirib, 32 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində 300-dən çox ev dağılıb.

Anadolu Agentliyinin məlumatına görə, zəlzələ oktyabrın 22-də gecə saatlarında baş verib. Dağıntıların qeydə alındığı ərazi Tibet Muxtar Bölgəsinin Nakçu dairəsində yerləşən Baçın rayonudur.

ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların maqnitudası 7 olub və zəlzələ təxminən 10 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin episentri Nakçu şəhərindən təxminən 183 kilometr şimal-şərqdə yerləşib.

Fəlakət bölgəsinə 300 polis əməkdaşı, eləcə də 350 yanğınsöndürən və xilasetmə əməkdaşı cəlb edilib. Yaralılardan 11-nin vəziyyətinin ağır olduğu bildirilir. Yüngül xəsarət alan 21 nəfər isə xəstəxanalarda müalicə olunur.

Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir. Dağıntılar altında qalan insanların olub-olmadığı araşdırılır. Səlahiyyətli qurumlar xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayının arta biləcəyini istisna etmirlər.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Tunisdə minlərlə insan prezidentə qarşı etiraz etdi

Aynur Camal

Avropada yay istisi 50 mindən çox insanın ölümünə səbəb olmuş ola bilər

Aynur Camal

40 min ton Rusiya dizel yanacağı daşıyan tanker Nyu-Yorka gedir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu