Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: Zəngəzur dəhlizi Azərbaycana 3 milyard dollar tranzit gəliri gətirə bilər

Azərbaycan BƏƏ əlaqələr i

Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edərək Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışına diqqət çəkib.

Deputat bildirib ki, Prezident İlham Əliyev Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırıldığını, eyni zamanda neft məhsullarının ixracının həyata keçirildiyini və ticarət əlaqələrinin genişləndirildiyini qeyd edib.

Vüqar Bayramovun sözlərinə görə, regionda formalaşan yeni düzən Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpasını daha da aktuallaşdırıb. Deputat xüsusilə Zəngəzur dəhlizinin istifadəyə verilməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Paylaşımda qeyd olunub ki, 15 milyon ton ötürmə potensialına malik olacaq Zəngəzur dəhlizi yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevrilə bilər. Bayramov hesab edir ki, yüklərin 10-15 faizinin bu marşrutla daşınması Azərbaycanın ildə 3 milyard dollar tranzit gəliri əldə etməsinə imkan verəcək.

Deputat əlavə edib ki, Şanlı Zəfərdən sonra regionda yaranan yeni düzən bütövlükdə Cənubi Qafqaz üçün yeni iqtisadi imkanlar yaradır.

Sülh Qalxanı 2026
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” 
Aynur Camal

Oxşar xəbərlər

İqlim dəyişikliyi 2100-cü ilə qədər on minlərlə bitki növünü yox edə bilər

Aynur Camal

Azərbaycan–İtaliya: Qarşılıqlı etimada və strateji maraqlara əsaslanan tərəfdaşlıq modeli — Cavanşir Feyziyev yazır

Aynur Camal

NASA peyki: Mexiko şəhəri ayda 2 santimetrədək çökür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu