21 C
Baku
28 İyun 2025, 1:21
Baş xəbər

Vyanada media azadlığı ilə bağlı tədbir keçirilib

Bugun.tv xəbər verir ki, Vyana şəhərində ATƏT-in Şimali Makedoniya Sədrliyi ilə  Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən “Media plüralizmi hərtərəfli təhlükəsizliyin əsas təməllərindən biri kimi” mövzusunda insan ölçüsü üzrə birinci əlavə toplantısı keçirilib.

Bu barədə Bugun.tv-yə hüquq müdafiəçisi Əhməd Şahidov məlumat verib. Toplantıda ATƏT-in üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslər iştirak ediblər.

Toplantıda “Media azadlığı olmadan hərtərəfli təhlükəsizlik niyə ola bilməz?”, “Media azadlığının ATƏT-in üç ölçüsünə təsiri” və “Media plüralizmi demokratiyanın əsas təməllərindən biri kimi” mövzularda müzakirələr aparılıb.

Tədbirdə yaxından iştirak edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin nümayəndə heyətinin üzvləri media azadlığının insan hüquq və azadlıqları, həmçinin qlobal təhlükəsizliyin qorunmasında, ədalətli və sülhsevər cəmiyyətlərin təşviqində mühüm rol oynadığını qeyd ediblər. Müasir dövrün təhlükəsizlik çağırışlarının müxtəlif aspektlərinə toxunulub, münaqişə zamanı gərginliyin azaldılması və sülhün təşviqində medianın mühüm rol oynamaq imkanının olduğu, lakin etibarlılığın təmin edilməsi üçün medianın dəqiqlik, şəffaflıq və qərəzsizlik prinsiplərinə riayət etməsinin vacibliyi vurğulanıb.

Bugün TV

Oxşar xəbərlər

XİN: “Hamburqda baş verən terror aktı bizi kədərləndirdi”

Nigar Məmmədova

120 gün su altında yaşadı! O, adını Ginnesin Rekordlar Kitabına yazdırdı

Aynur Camal

Pakistanın baş naziri ölkəmizə səfər edib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu