WhatsApp
Texnologiya

WhatsApp-dan hər kəsin gözlədiyi yenilik!

Bugun.tv xəbər verir ki, dünyanın ən məşhur mesajlaşma proqramı WhatsApp, istifadəçilər üçün çox faydalı olacaq yeni funksiyalar üzərində işləyir.

Windows, Android və iOS platformalarında davamlı sınaqlar həyata keçirən WhatsApp indi istifadəçilər üçün çox faydalı olacaq funksiyanı sınaqdan keçirir.

WhatsApp istifadəçilərə video zəng zamanı ekranlarını asanlıqla paylaşmağa imkan verəcək yeni funksiya hazırlayır. Yuxarıdakı ekran görüntüsündə gördüyünüz kimi, zəngə nəzarət bölməsində yeni işarəyə toxunduğunuzda ekranınızı digər şəxslə paylaşa biləcəksiniz. Ekranınızı paylaşmağa qərar verdiyiniz zaman qarşı tərəf manitorda göstərilən hər şeyi görəcək.

Videozəng zamanı ekran məzmununuz davamlı olaraq ötürülsə də, istənilən vaxt prosesi dayandıra biləcəksiniz. Hələ sınaq mərhələsində olan bu funksiyanın nə vaxt istifadəyə veriləcəyi məlum deyil.

Mənbə: Ensonhaber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Artıq təyyarələrin yanında sürücüsüz nəqliyyat vasitələri işləyir

Aynur Camal

Brüssel iri şirkətlərə yeni vergi tətbiqini nəzərdən keçirir

Aynur Camal

Alimlər kosmosda həyat izlərini aşkar etməyə kömək edəcək yeni üsul hazırladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu