25 C
Baku
27 İyul 2024, 4:44
Digər

Windows 11 Android proqramlarını dəstəkləməyi dayandıracaq

Bugun.tv xəbər verir ki, “Microsoft” korporasiyası “Windows 11” sistemində “Android” proqramlarına dəstəyin dayandırıldığını elan edib. Bu barədə şirkət nümayəndələri öz saytında məlumat yayıblar.

Android üçün Windows Alt Sistemi (WSA) Microsoft əməliyyat sistemindən Android proqramlarını işə salmağa imkan verib. Şirkət qeyd edib ki, bundan sonra bu sahəni inkişaf etdirməyəcək. Alt sistem üçün son dəstək 5 mart 2025-ci ildə başa çatacaq.

“Windows üçün Amazon Appstore və WSA-dan asılı olan bütün proqramlar və oyunlar artıq dəstəklənməyəcək”, – elanda deyilib. Şirkət nümayəndələri texniki müştəri dəstəyinin daha bir il davam edəcəyini bildiriblər.

Həmçinin elan edilən andan etibarən Windows 11 istifadəçiləri Microsoft Store mağazasından mobil proqramlar yükləyə bilməyəcəklər. Müştərilərin əvvəllər yüklədiyi proqramlar işləməyə davam edəcək. Lakin tətbiqlərin martın 5-dən sonra əməliyyat sistemində qalacağı, yoxsa silinəcəyi məlum deyil.

Android proqram başlatma funksiyası 2021-ci ilin iyununda Windows 11 təqdimatında elan edilib.

Fevralın sonunda sahibkar Elon Musk mürəkkəb quraşdırma proseduruna görə Windows kompüterlərini tənqid edib. Onun sözlərinə görə, Microsoft hesabı yaratmadan sistemi aktivləşdirə bilməyib.

Mənbə lenta.ru

Teymur Əziz

Oxşar xəbərlər

“Yuventus”un yarımmüdafiəçisi İngiltərə klubuna niyə keçmədi?

Nigar Məmmədova

Həkim təhlükəli bir şişin qeyri-aşkar əlamətini adlandırdı

Bugün TV

Botulizm-ölümlə nəticələnən zəhərlənmə

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu