13 C
Baku
23 Aprel 2026, 0:08
Digər

WMO xəbərdarlıq edir: Bəzi ölkələrdə ildə 250 gün işləmək mümkün olmaya bilər

Dünya Meteorologiya Təşkilatı (WMO) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən hazırlanan yeni hesabat qlobal istiləşmənin ciddi nəticələrini ortaya qoyub.

“Aşırı istilər və kənd təsərrüfatı” mövzusunda hazırlanan sənəddə qeyd olunur ki, ekstremal isti hava dalğaları artıq 1 milyarddan çox insanın sağlamlığına və dolanışığına təhlükə yaradır. Son 50 ildə bu cür hadisələrin həm tezliyi, həm də davametmə müddəti kəskin şəkildə artıb.

Hesabata əsasən, kənd təsərrüfatı və ərzaq sistemləri iqlim dəyişikliklərindən ən çox zərər görən sahələr sırasındadır. Xüsusilə 30 dərəcədən yuxarı temperatur şəraitində bir çox kənd təsərrüfatı məhsullarında məhsuldarlıq azalır.

Sənəddə vurğulanır ki, bəzi regionlarda – xüsusilə Cənubi Asiya, Saharaaltı Afrika və Latın Amerikasının müəyyən hissələrində – həddindən artıq istilərə görə ildə 250 günə qədər işləmək mümkün olmaya bilər.

Eyni zamanda qeyd edilir ki, yüksək temperatur yalnız birbaşa təsirlərlə məhdudlaşmır. Bu proses su qıtlığı, qəfil quraqlıqlar və meşə yanğınları kimi digər riskləri də artırır.

Hesabatda iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün innovativ yanaşmaların vacibliyi vurğulanır. Buraya yeni məhsul növlərinin seçilməsi, əkin vaxtlarının dəyişdirilməsi və kənd təsərrüfatı idarəetmə üsullarının yenilənməsi daxildir.

Qu Dongyu bildirib ki, ekstremal istilər kənd təsərrüfatı və ona bağlı iqtisadiyyatlar üçün ciddi risk faktoruna çevrilib. WMO-nun baş katibi Celeste Saulo isə erkən xəbərdarlıq sistemlərinin bu təhlükələrlə mübarizədə həyati əhəmiyyət daşıdığını qeyd edib.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Tokayev: Aral gölünün quruyan hissəsindən yayılan duz və kimyəvi maddələr sərhədləri aşır

Aynur Camal

Xristian əhalisi azalır? İsrail siyasəti ilə bağlı narahatlıqlar artır

Aynur Camal

Məhəmməd Əsədullazadə: Aİ-nin Ukraynaya yardımlarının artması Rusiyaya təzyiqi gücləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu